SON XƏBƏRLƏR

“Böyük Səkkizlər” Yəmən diktatoruna “get” dedi

2021.10.20, 07:36
“Böyük Səkkizlər” Yəmən diktatoruna “get” dedi

Gunaz.tv

GünAz TV: Tunisdə Ben Əli rejiminin çöküşüylə başlayan və ərəb dünyasını bürüyən inqilab küləyinin ən güclü əsdiyi ölkələrdən biri də Yəməndir.

32 ildir ölkəni dəmir yumruqla idarə edən Əli Abdulla Salehin istefası tələbiylə keçirilən aksiyalara (yürüşlərə) hökumət qüvvələrinin sərt müdaxiləsi ölkənin vətəndaş müharibəsinə sürüklənməsi təhlükəsi yaradıb.

 

Həftənin əvvəllərində Salehin güclü dayaqlarından biri, ölkənin ən nüfuzlu və böyük tayfası “Haşidi” qəbiləsinin müxalifət tərəfinə keçməsi Yəməndəki gərginliyi daha da artırdı. Mayın 25-27 aralığında tayfa üzvləri ilə hökumət qüvvələri arasında paytaxt Sənanın mərkəzində silahlı qarşıdurmalar yaşandı. Üç gün ərzində davam edən qarşıdurmalar nəticəsində 100-ə yaxın insan dünyasını dəyişib.

 

Dünən günün ikinci yarısında Salehə bağlı qüvvələrlə tayfa üzvləri arasında atəşkəs haqda razılıq əldə olunduğu bildirildi. “Haşidi” tayfasının lideri Sadiq Əl Əhmar tərəflər arasında atəşkəs élan edildiyini və vasitəçilərin danışıqlara başladığını söyləyib. Əhmar hökumət qüvvələrinin yenidən silaha əl atacağı təqdirdə onların cavabının veriləcəyini də vurğulayıb.

 

Atəşkəs olunmazdan öncə hökumət qüvvələri tayfa üzvlərinin sığındığı yerlərə hava zərbələri endirib. Ölən və yaralılanlar barədə dəqiq məlumat yoxdur.

 

Fransanın Dövil şəhərində keçirilən G8 (Böyük Səkkizlik) sammitində liderlər Yəməndə dinc nümayişçilərə qarşı zorakılığı pisləyib və prezident Əli Abdulla Salehi 33 illik hakimiyyətdən gedəcəyinə dair verdiyi sözü tutmağa çağırıb. Azadlıq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar