SON XƏBƏRLƏR

Suriyada yenə qan tökülüb

2021.10.20, 07:36
Suriyada yenə qan tökülüb

Gunaz.tv

GünAz TV: Suriyada müxalifətin Yerli Koordinasiya (Əlaqələndirmə) Komitəsi təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda yerləşən Deyil adlı kənddə keçirilən dinc nümayişə qarşı atəş açdığını və 4 adamın öldürüldüyünü bildirib.

 

Lazkiyə, Baniyas, Cəblə, Hama və Xums şəhərlərində dünən gecədən başlayaraq nümayişlər başlayıb.

 

Xarici Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumata görə, Suriyalılar son günlər təhlükəsizlik qüvvələrinin daha az olduğu gecə saatlarında nümayişlər keçirməyə başlayıblar. Hüquq müdafiə təşkilatları Suriyada etirazların başladığı mart ayından bu yana hökumət qüvvələrinin nümayişlərə zorakı müdaxiləsi nəticəsində mindən artıq adamın öldüyünü bildiriblər.

 

Dünən həmçinin cümə namazından sonra başlayan etiraz dalğası ərfəsində müxaliflər orduya müraciət edərək onları də öz sıralarına dəvət ediblər. Müxalifət ölkədə qiyam zamanı öldürülən əsgərlərin bəzilərinin silahsız vətəndaşlara atəş açmaqdan imtina etdiklərinə görə təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyini bildirirlər. Ötən həftənin cümə günü baş tutan etirazlara hökumət qüvvələrinin zorakı müdaxiləsi nəticəsində 40-dan artıq adam öldürülmüşdü. Dünən isə zorakılığın miqyası bir qədər az olub və ölənlərin sayı 4 nəfər təşkil edib.

Bəzi məlumatlara görə isə müxtəlif bölgələrdə ölənlərin sayı 11 nəfərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar