SON XƏBƏRLƏR

Tahir Abbaslı: İranda ölkə sərmayəsi bir ovuc mafiyanın əlindədir və onlar ölkə iqtisadiyyatına nəzarət edirlər (Müsahibə)

2021.10.20, 07:36
Tahir Abbaslı: İranda ölkə sərmayəsi bir ovuc mafiyanın əlindədir və onlar ölkə iqtisadiyyatına nəzarət edirlər (Müsahibə)

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan İslam Demokrat partiyasının sədri Tahir Abbaslıdır.

 

- İranda hakimiyyət daxilində nələr baş verir?

- İranda bütün müxalifət boğulduğu üçün, iqtidar öz içindən siyasi meydana yeni müxalifət çıxarır. Bu gün İranda Yaşıl Hərəkət boğulmasaydı, bu problemlər olmazdı. Hər halda bundan sonra daha böyük problemlərin ortaya çıxması gözlənilir. Çünki sistem çürüməyə doğru gedir. Onu da qeyd edim ki, İranda ölkə sərmayəsi bir ovuc mafiyanın əlindədir və onlar ölkə iqtisadiyyatına nəzarət edirlər. Belə olan halda vəziyyətin yaxşılaşması mümkün deyil.

 

- Bəlkə, bu, siyasi oyundur. Beynelxalq aləmin diqqətini başqa istiqamətə yönəltməyə hesablananan siyasi gedişdir?

- Xeyir. Uzun müddətli rejimlər heç vaxt özünü doğrultmayıb. Siyasət insanların maddi yaşamına rahatlıq və güvən gətirmək istəyir. Dini güvənlik sosial güvənlik deyil. Məncə, fərdi vicdan güvənliyidir. Sosial güvənliyi din vasitəsi ilə yaratmaq indiki islam ölkələrini doğurmuşdur. Amma, onlar ölkələrində güclü dayanaqlı güvənlik yarada bilmədilər. Bu gün islam ölkələrində elə qruplar, insanlar var ki, onların özlərinin xəbəri olmadan öz ölkələrinin zərərinə və milli mənafeyinə qarşı olaraq qərb ölkələrinə casusluq edirlər.

Çünki istibdadın vurduğu bir ölkədə yaşamaq cəhənnəmdir. Türkiyədə AKP də bunu başa düşdü. AKP siyasi təbliğatında islamdan istifadəni imtina etdi.

Ona görə islam ölkələrində ən maraqlı və demokratik ölkə Türkiyədir. İran isə başqa yolu seçdi. Bu gün ölkədə islamdan çıxanın cəzası, edam olduğu üçün insanlar ölkədən qaçırlar. Hər il on minlərcə İran vətəndaşı xriastianlığı qəbul edir. Bunun tək səbəbi ordakı dini diktatorluqdur . Türkiyədə niyə belə deyil?

- Bundan sonra hadisələri necə görürsünüz?

- Bütün dünya inqilabları qərb kapitalistlərinin maraqlarına xidmət edir. Türkiyə Anayasasında yabancıların Türkiyədən ərazi alması qanuniləşdi. Dünya zənginləri Türkiyəni satın almağa başlayıblar. Yavaş- yavaş Misir və Suriya digər ərəb ölkələri də demokratikləşdikdən sonra büdcələrini doldura bilmək üçün Türkiyədəki kimi, qanun çıxaracaqlar. Pul kimin əlindədirsə o da alacaq. Misir, Suriyada və dünyanın hər yerində demokratiya yolunda fədakarlıq edib ölənlər, əslində bilmədən maraqların qurbanı olurlar.

İranı da belə aqibət gözləyir. İranı da satın alacaqlar. Ola bilsin Rəfsəncanı aktivləşdirib, siyasi meydana buraxsınlar. O, bu, problemlərin ortadan qaldırılmasının ustasıdır.

 

Söhbəhləşd: Elnur Eltürk

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar