SON XƏBƏRLƏR

Əhməd Ağayi irəli sürülən ittihamlardan bəraət qazanıb

2021.10.20, 07:36
Əhməd Ağayi irəli sürülən ittihamlardan bəraət qazanıb

Gunaz.tv

GünAz TV: Həmədanın Buəli Sina universitetinin öyrəncisi, milli-mədəni fəal cənab Əhməd Ağayinin ittihamlarına baxan Məhkəmə İclası keçirilib.

 

Təbrizdə milli fəalların mühakiməsi ilə eyn zamanda keçirilən  Məhkəmə İclasında Cənab Ağayi irəli sürülən ittihamlardan bəraət qazanıb.

 

Ona qarşı irəli sürülən ittihamlar Rəhbəri təhqir etmək və sistemin əleyhinə təbliğdən ibarət olub.

 

Xatırladaq ki, Əhməd Ağayi Buəli Sina universiteti ocağının keçmiş məsuluddur. O keçən il may ayında (xordad ayı) Milli Qiyamın növbəti İldönümü mərasimində tutuqlanıb və 20 gün Həmədanın ETTELAATında (İran Kəşfiyyat Nazirliyi) saxlanıldıqdan sonra müvəqqəti azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar