SON XƏBƏRLƏR

Öyrənci fəal İbrahim Nuri azadlığa buraxılıb

2021.10.20, 07:36
Öyrənci fəal İbrahim Nuri azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal, İngilis dili öyrəncisi cənab İbrahim Nuri birinci gün (doşənbə) azadlığa buraxılıb.

 

GünAz TV mətbuat mərkəzinin "Öyrənci"-yə istinadən yaydığı məlumata görə, O 2 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

 

Qeyd edək ki, cənab Nuri 2011-ci il may ayının 21-i (1390-cı il ordibeheşt ayının 31-i) Təbrizə getmək istəyərkən Əhər şəhərinin avtovağzalında (terminalında) tutuqlanmışdı.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı öyrənci fəal Əhərdə mədəni hüquqlarımız uğrunda fəaliyyət göstərən soydaşlarımızdan biridir. O dəfələrlə təzyiqlərə məruz qalıb, mühakimə olub və həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar