SON XƏBƏRLƏR

Urmuda saxlanılan 18 azərbaycanlı fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
Urmuda saxlanılan 18 azərbaycanlı fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Dünən Sulduzda Şəhidlərin məzarı üstə keçirilən Ağırlama Törəninə görə yaxalanan azərbaycanlı fəallardan 18-i azadlığa buraxılıb.

Azadlığa buraxılan fəallar Urmunun “9 pillə” təcridxanasında 1 gün saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

 

Sərbəst buraxılan fəalların kimliyi bunlardan ibarətdir:

Abbas Lisani, İbrahim Rəşidi Savalan (jurnalist və insan haqları fəalı), Əsgər Əkbərzadə (mədəni fəal), Ruzbeh Səadəti (fəal mədəni), Vəhid Faizpur (veblaqçı), Mehrdad Kərəmi (Təbriz universitetinin Azərbaycanşünaslıq ocağının dəbiri), Əfşin Şəhbazi (öyrənci fəal və Təbriz universitetinin Azərbaycanşünaslıq ocağının üzvü), Məhəmməd Əhədi (öyrənci fəal və Təbriz Azərbaycanşünaslıq ocağının üzvü), Sabir Cahani (Təbriz universitetinin Azərbaycanşünaslıq ocağının mərkəzi şürasının keçmiş üzvü),  Həmid Mənafi Nadarlı, Məhəmməd Axundi Çıxarlı (öyrənci fəal), Həmid Cabbari (sari gəlin dərgisinin müdir-məsulu), Əli Xeyrcu (mədəni fəal), Əli Pakbaz (mədəni fəal), Cəlil Tari (öyrənci fəal), Yaşar Piri (öyrənci fəal), Kiyan Peyğamı (mədəni fəal), Məhəmməd İskəndərzadə (mədəni fəal).

 

Məlumata görə, təhlükəsizlik qüvvələri yaxalanan fəalların azadlığa buraxılması üçün onlardan mülki vəsiqə almağa çalışıblar. Ancaq fəallar buna təslim olmayıblar. Onlar hətta bir imza verməyə belə razılaşmayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar