SON XƏBƏRLƏR

4 Avropa ölkəsi Suriya hakimiyyətinə qarşı qətnamə layihəsi hazırlayıb

2021.10.20, 07:36
4 Avropa ölkəsi Suriya hakimiyyətinə qarşı qətnamə layihəsi hazırlayıb

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına Suriya hakimiyyəti əleyhinə qətnamə layihəsi təqdim olundu.

Layihəni Böyük Britaniya, Fransa, Almaniya və Portuqaliya hazırlayıb

Böyük Britaniya, Fransa, Almaniya və Portuqaliya Suriya hakimiyyətinin hökumət əleyhinə keçirilən aksiyaların (yürüşlərin) iştirakçılarına qarşı təzyiqləri mühakimə edən qətnamə layihəsi hazırlayıb.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, qətnamə layihəsi BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının 15 üzvünə təqdim olunub.

Qətnamə layihəsində Suriyada aksiyaçılara qarşı təzyiqlərin dərhal dayandırılması tələb olunur. Qeyd edilir ki, Suriya hakimiyyəti mütəmadi olaraq dinc aksiyaçıları öldürür, saxlayır, işgəncə verir. Layihə müəllifləri BMT-ni Suriyada baş verən hüquq pozuntularını araşdırmağa da çağırıb.

Qeyd edək ki, keçən həftə də Avropa dövlətləri ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamə qəbul edilməsinə çalışsalar da, Rusiya bunun əleyhinə çıxıb. Çin və Hindistan isə böhranın dinc yolla həllinə çağırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar