SON XƏBƏRLƏR

Sulduz yolunda yaxalanan bir neçə azərbaycanlı fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
Sulduz yolunda yaxalanan bir neçə azərbaycanlı fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV:  Dünən Sulduz yolunda yaxalanan bir neçə tanınmış azərbaycanlı fəal artıq azadlığa buraxılıblar.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, tanınmış fəallar Siyamək Mirzayi, Nadir Əzizi, Həsən Kərimzadə, Aydın Zakiri və Mehdi Əjdəri azadlığa buraxılıblar.

 

Onlar 12 saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

 

Qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz fəallar dünən (mayın 25-i , xordadın 4-ü) Sulduzun 10 kilometrliyində Qərbi Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və Sulduzun Heydərabad yoxlama məntəqəsinə aparılmışdılar.

 

Xatırladaq ki, adlarını qeyd etdiyimiz azərbaycanlı milli-mədəni fəallar Milli Qiyamın (xordad qiyamı) 5-ci İldönümü ərəfəsində Şəhidlərin ağırlama mərasiminə qatılmaq üçün Muğan və Ərdəbil şəhərlərindən Sulduza tərəf hərək edirmişlər. Hələlik başqa yaxalanan soydaşlarımız barədə yeni bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar