SON XƏBƏRLƏR

Sulduzda Şəhidlərin anma Törəni Möhtəşəm keçib

2021.10.20, 07:36
Sulduzda Şəhidlərin anma Törəni Möhtəşəm keçib

Gunaz.tv

GünAz TV: Milli Qiyamın 5-ci İldönümü münasibəti ilə Suzduzda düzənlənən Şəhidlərimizin ağırlama törəni bütün təzyiqlərə baxmayaraq möhtəşəm keçirilib.

 

2011-cı il may ayının 25-də (1390-cı il xordad ayının 4-də) keçirilən Törənə bir çox tanınmış Milli Hərəkat Fəalı qatılıb.

 

Abbas Lisanı və bir çox tanınmış Milli Hərəkat Fəalları Müxtəlif şəhərlərdən Sulduza gələrək Milli Qiyamın (Xordad Qiyamı) növbəti İldönümündə Şəhidlərimizi anıblar. Onlar Azərbaycan uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin məzarı üstündə Fatihə verib, Ana Dilimizdə şeirlər səsləndirib və çıxışlar ediblər.

 

Ancaq bu Törən heçdə rahat keçməyib. İran rejiminin polis və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) qüvvələri Sulduza gələn yolları uzaq məsafələrdən nəzarətə alıb və Məhəmmədyar, Həsənli üçyolu və Qoşaçay üşyolu kimi yollarda ciddi yoxlamalar apararaq, törənə qatılmaq istəyən soydaşlarımızın qarşısını alıblar.

 

ETTELAAT qüvvələri bir neçə gün Törənə qalmış Şəhid ailələrinə təzyiqlərə başlayıb , onlarla görüşüb vəya telefon vasitəsi ilə istəyiblər ki, Törənin keçirilməsinə icazə verməsinlər.

 

Şahidlərin bildirdiyinə görə, mərasimdə təhlükəsizlik fəzası hökm sürürmüş. Buna səbəb Polis qüvvələri və sivil məmurların izdihamı olub.

 

Bütün bu təzyiqlərə baxmayaraq, Törən tam möhtəşəmliyi ilə keçirilib. Ancaq Təssüfər olsun ki, bu dinc keçirilən Ağırlama Törəni bir çox tutuqlamalarla yadda qalıb. Məlumatlara görə, Törənə qatılanlar vəya qatılmaq istəyən azərbaycanlı fəallardan 40-dan çoxu tutuqlanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar