SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 40 nəfərdən çox azərbaycanlı fəal tutuqlanıb – YENİLƏNİB

2021.10.20, 07:36
Qərbi Azərbaycanda 40 nəfərdən çox azərbaycanlı fəal tutuqlanıb – YENİLƏNİB

Gunaz.tv

GünAz TV: Sulduzlu Şəhidlərin məzarı üstündə keçirilən ağırlama törəni 40 nəfərdən çox azərbaycanlı milli-mədəni fəalın tutuqlanması ilə sonuçlanıb.

 

Əldə olunan məlumata görə, hazırda Urmunun "9 pillə" təcridxanasında saxlanılan azərbaycanlı fəalların kimliyi bunlardan ibarətdir:

Abbas Lisani, İbrahim Rəşidi Savalan (jurnalist və insan haqları fəalı), Əsgər Əkbərzadə (mədəni fəal), Ruzbeh Səadəti (fəal mədəni), Vəhid Faizpur (veblaqçı), Mehrdad Kərəmi (Təbriz universitetinin Azərbaycanşünaslıq ocağının dəbiri), Əfşin Şəhbazi (öyrənci fəal və Təbriz universitetinin Azərbaycanşünaslıq ocağının üzvü), Məhəmməd Əhədi (öyrənci fəal və Təbriz Azərbaycanşünaslıq ocağının üzvü), Sabir Cahani (Təbriz universitetinin Azərbaycanşünaslıq ocağının mərkəzi şürasının keçmiş üzvü),  Həmid Mənafi Nadarlı, Məhəmməd Axundi Çıxarlı (öyrənci fəal), Həmid Cabbari (sari gəlin dərgisinin müdir-məsulu), Əli Xeyrcu (mədəni fəal), Əli Pakbaz (mədəni fəal), Cəlil Tari (öyrənci fəal), Yaşar Piri (öyrənci fəal), Kiyan Peyğamı (mədəni fəal), Məhəmməd İskəndərzadə (mədəni fəal).

 

Adını çəkdiyimiz 18 nəfər azərbaycanlı fəal 2011-ci il may ayının 25-i (1390-cı il xordad ayının 4-ü) yerli vaxtla saat 19:00 radələrində Suzduzda keçirilən Şəhidlərin Ağırlama Törənindən qayıdarkən tutuqlanıb və Urmu şəhərinin "9 pillə" təcridxanasına aparılıblar.

 

Həmçinin Aydın Zakiri (mədəni fəal), Həsən Kərimzadə (azərbaycanlı jurnalist və yazıçı), Siyamək Mirzayi (“Gələcək” dağçı qrupunun qurucusu və mədəni fəal), Nadir Əzizi (“Kimlik” dərgisinin yazarlar heyətinin üzvü və mədəni fəal), Vəli Alışzadə (mədəni fəal), Mehdi Əjdəri (mədəni fəal) və Sabir … və Ərdəbil vilayətindən (ostanından) törənə qatılmaq üçün gələn daha 6 nəfər azərbaycanlı fəal Sulduzun Heydərabad yoxlama məntəqəsində tutulanıblar. Yaxalanan fəallar bu xəbər çatan anlara qədər yaxalandıqları yoxlama məntəqəsində saxlanılıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar