SON XƏBƏRLƏR

Sulduzdan xəbər: “Bir neçə azərbaycanlı fəal tutuqlanıb”

2021.10.20, 07:36
Sulduzdan xəbər: “Bir neçə azərbaycanlı fəal tutuqlanıb”

Gunaz.tv

GünAz TV: Bu gün Milli Qiyamın (Xordad Qiyamının) 5-ci İldönümü münasibəti ilə Sulduzlu Şəhidlərimizi ağırlamaq məqsədi ilə bu şəhərə gedən bir neçə Milli Hərəkat fəalı tutuqlanıb.

 

Tutuqlanan Milli-mədəni fəallar, Sulduz şəhərinə gedən yolların yoxlama məntəqələrində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıblar.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, Yaxalanan fəallar arasında Siyamək Mirzayi, Nadir Əzizi, Həsən Kərimzadə və Mehdi Əjdərinin kimlikləri müəyyənləşib. Yaxalanan Muğanlı Milli-mədəni fəallar naməlum istiqamətə aparılıblar.

 

Tutuqlanan başqa fəalların kimliyi barədə hələlik heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar