SON XƏBƏRLƏR

Amerika və Kanada şəhərlərində "28 May" Azərbaycanın Milli Günü kimi tanınır

2021.10.20, 07:36
Amerika və Kanada şəhərlərində "28 May" Azərbaycanın Milli Günü kimi tanınır

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatların) bir sıra şəhərlərinin merləri (bələdiyyə başqanları) “28 May” gününü Azərbaycanın Milli Günü kimi elan etməyə davam edir.

GünAz TV mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, ABŞ-da və Kanadada fəaliyyət göstərən diaspora təşkilatlarının fəaliyyəti nəticəsində artıq paytaxt Vaşinqton, İndiana ştatının Bluminqton, Meyn ştatının Portland, Şimali Dakota ştatının Farqo şəhərləri, habelə Kanadanın Vankuver şəhərinin merlərinin qərarı ilə mayın 28-i Azərbaycanın Milli Günü elan edilib.

Bu sənədlərdə 1918-ci may ayının 28-də türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika (cümhuriyyət) olan Azərbaycan Respublikasının yaradılması və respublikanın Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra demokratik ölkələr tərəfindən tanınması, 1991-ci il oktyabrın 18-də Azərbaycan partlamentinin qərarı ilə Sovet İttifaqından (Şurəvidən) müstəqil Azərbaycan dövlətinin yaradılması, Naxçıvan və Qarabağın da tərkibində olduğu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 1992-ci ildən ABŞ tərəfindən tanınıb dəstəkləndiyi, Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının fəal üzvü olduğu, Azərbaycan əsgərlərinin Kosovo, Əfqanıstan və İraqda ABŞ-la çiyin-çiyinə sülhməramlı əməliyyatlarda iştirakı qeyd edilir.

Azərbaycanın Respublika günü ilə bağlı ABŞ-ın bir sıra ştatlarının yerli mətbuat orqanlarında da məqalələr dərc edilmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar