SON XƏBƏRLƏR

NATO Libini yenidən bombalayıb, çoxlu ölü və yaralı var

2021.10.20, 07:36
NATO Libini yenidən bombalayıb, çoxlu ölü və yaralı var

Gunaz.tv

GünAz TV: Son bir sutka (24 saat) ərzində NATO aviasiyası (hava qüvvələri) Liviyanın (Libinin) paytaxtı Tripolini (Trablosu) bombalayıb.

Xarici mətbuatın Liviya dövlət televiziyasına istinadən verdiyi məlumata görə, aviazərbələr nəticəsində 19 dinc sakin ölüb. Daha 150 nəfər isə yaralanıb.

Bəzi məlumatlara görə isə zərbələr ölkə prezidenti Müəmmar Qəddafinin iqamətgahının yerləşdiyi bölgəyə endirilib. Şahidlərin sözlərinə görə, NATO təyyarələri çox alçaq məsafədən şəhər üzərində uçublar.

GünAz TV mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, NATO isə öz növbəsində zərbələrin hərbi obyektlərə (məntəqələrə) və texnikalara endirildiyini bildirib.

Qeyd edək ki, Qəddafinin iqamətgahının bombalanması ilk dəfə deyil. Belə ki, may ayının 1-də atılan bombalar Liviya liderinin oğlunun və 3 nəvəsinin ölümünə səbəb olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar