SON XƏBƏRLƏR

Gürcüstanda siyasi gərginlik davam edir: "Müxalifət “Gümüşü inqilab”a hazırlaşır"

2021.10.20, 07:36
Gürcüstanda siyasi gərginlik davam edir: "Müxalifət “Gümüşü inqilab”a hazırlaşır"

Gunaz.tv

GünAz TV: Gürcüstan müxalifətinin mayın 25-ə planlaşdırdığı “Qəzəb günü” baş tutmaya bilər. Buna müxalifət liderlərinin razılığa gələ bilməməsi səbəb olub.

Belə ki keçmiş müdafiə naziri Irakli Okruaşvili Tiflisə gələ bilməyəcəyini açıqlayıb. O, buna görə gürcü xalqından üzr istəyib.

Keçmiş spiker (parlament sədri) Nino Burcanadzenin rəhbərlik etdiyi müxalifət qrupu isə “Qəzəb günü”nün baş tutacağını bildidrib. N.Burcanadze tərəfdarlarını Azadlıq meydanına  toplaşmağa çağırıb.

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, “Gümüşü inqilab”-a hazırlaşan müxalifət prezident Mixeil Saakaşvilinin istefasını tələb edir. Onlar mayın 25-ni hakimiyyətin son günü olduğunu bəyan edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar