SON XƏBƏRLƏR

Amerikanın İsrail və «HƏMAS»-a «hədiyyəsi»

2021.10.20, 07:36
Amerikanın İsrail və «HƏMAS»-a «hədiyyəsi»

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) Federal Məhkəməsi İranı İsraildə törədilən terror aksiyasına (yürüşə) görə, cərimələyib. Həmin qərara əsasən, Tehran terror aksiyasından ziyan çəkmiş Amerika vətəndaşlarına 300 milyon dollar kompensasiya (xəsarətin cübranı) verməlidir.

 

«Associated Press»-in məlumatına əsasən, bu iddia ilə 2003-cü ildə Qüdsdə baş vermiş partalyış nəticəsində həlak olmuş Alan Biranın ailəsi, eləcə də 1995-ci ildə Qəzza zolağında intiharçının hücumundan sonra atası və qardaşı yaralanmış Set Heym çıxış edib.

 

Həmin partlayışın məsuliyyətini «Həmas» və «İslami cihad» öz üzərinə götürmüşdü. İranın bu təşkilatları rəsmi olaraq, dəstəklədiyini bəyan etməsini əsas götürən, məhkəmə amerikalılara dəyən ziyanın da Tehran tərəfindən ödənilməsi barədə qərar çıxarıb.

 

Kompensasiyanın faktiki (əməli) olaraq, alınması üçün vəkillər İran hakimiyyətinin ABŞ-da və ya istənilən dövlətdəki mülkünü aşkarlayıb, məhkəmənin qərarını icra edəcəklər.

 

ABŞ Dövlət Departamenti (Amerika Xarici İşlər Nazirliyi) Fələstindəki «Ceşi-ül -İslam»ı («İslam Ordusu») «əl-Qaid» ilə əlaqədə suçlu bilərək, terrorçu təşkilatlar siyahısına daxil edib. Hazırda departamentin «qara siyahısında» 48 təşkilat var. Onların arasında, «İslam müqavimət hərəkatı» («Həmas»), Fələstin «İslami-cihad», «Əl-Əksa əzakeşlər briqadası» (FƏTH-in silahlı qanadı), Fələstinin «Azadlıq cəbhəsi», «Fələstin Xalq Azadlıq Cəbhəsi», Livan «Hizbulla»sı ilə yanaşı, yəhudilərin «Kahane xay» təşkilatı da var.

 

«İslam ordusu» Qəzzadakı Duqmuş tayfası tərəfindən yaradılıb.Qurumun 2006-cı ildə İsrail əsgəri Qilad Şalitin oğurlanmasında iştirk etdiyi  və 2007-ci ildə ingilis jurnalisti Alan Constonu oğrulamaqda məsuliyyət daşıdığı  bildirlir.

 

2009-2011-ci illərdə «İslam ordusu» Misirin Sinay və İsgəndəriyyə şəhərləində bir sıra terror aksiyaları gerçəkləşdirib. Qəzza zolağında italiyalı Vittorio Arriqoninin qətlində onların iştrak etdikləri güman olunur.

 

Məlumatalara əsasən, «İslam ordusu» Qəzzada «HƏMAS»la müttəfiqlikdən rəqibə və düşmənə çevriliblər. Özünü «bin-Ladenin davamçısı» sayan, Duqmuş ailəsinin ağsaqqallarına tabe olan «ordu» yaraqlılarına «HƏMAS» polisi və xüsusi xidməti nəzarət edə bilmir. Qeyd edək ki, «İslam ordusu» B.Netniyahunun ABŞ-a səfərindəne bir gün öncə «qara siyahıya» daxil edilib.

 

Bununla da departament həm İsrailə, həm də «HƏMAS»a «hədiyyə» edib…

 

Sədərddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar