SON XƏBƏRLƏR

Libi diktatorunun iqamətgahından partlayış səsləri gəlir

2021.10.20, 07:36
Libi diktatorunun iqamətgahından partlayış səsləri gəlir

Gunaz.tv

GünAz TV: NATO aviasiyası (hava qüvvələri) Liviya (Libi) paytaxtı Tripolidə (Trablosda) ən genişmiqyaslı əməliyyatlarından birini keçirib.

 

 Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, ölkə lideri Müəmmar Qəddafinin iqamətgahı ətrafından bir-birinin ardınca güclü partlayış səsləri eşidilir. Ərazini qara tüstü bürüyüb.

 

İqamətgahdan bir qədər aralıdakı mehmanxanada yerləşmiş əcnəbi jurnalistlər partlayışlardan mehmanxana binasının titrədiyini bildirir.

 

Əməliyyat nəticəsində ən azı 3 nəfərin həlak, 150-dək yaralının olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar