SON XƏBƏRLƏR

Yəməndə müxalifət qüvvələri hökumət binalarını ələ keçirir

2021.10.20, 07:36
Yəməndə müxalifət qüvvələri hökumət binalarını ələ keçirir

Gunaz.tv

GünAz TV: Yəmənin paytaxtı Səna şəhərində hökumət qoşunları ilə prezident Əli Abdall Salehin istefasını tələb edən aksiyaçılar (yürüş iştirakçıları) arasında toqquşmalar davam edir.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hökumət qüvvələrinə qarşı mübarizə aparanların əksəriyyətini ölkədə böyük nüfuza malik Xaşid tayfasının təmsilçiləri təşkil edir.

Artıq aksiyaçılar sənaye nazirliyi və dövlət informasiya agentliyinin (ajansının) binalarını ələ keçiriblər. Daxili İşlər Nazirliyinin binası uğrunda aktiv (fəal) mübarizə gedir.

Qanlı qarşıdurma hakimiyyətə müxalif mövqedə olan Xaşid tayfasının rəhbəri şeyx Sadek əl-Ahmarın evinə polisin hücumundan sonra başlayıb. Hücum zamanı şeyxin 2 tərəfdarı ölüb, 20 nəfər yaralanıb. Paytaxta Xaşid tayfasının yüzlərlə üzvü axışıb.

Xatırladaq ki, dünən prezident Əli Abdall Saleh üçüncü dəfə hakimiyyətin ötürülməsi ilə bağlı müxalifətin bəyəndiyi sənədi imzalamaqdan imtina edib. Bu sənədin təşəbbüskarı Körfəz (xəlic) Ərəb Dövlətləri Əməkdaşlıq Şurası təklif edib. Əli Abdall Salehin bu addımından sonra Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası Yəməndə siyasi böhranın həllində vasitəçilik missiyasını (görəvini) dayandırdığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar