SON XƏBƏRLƏR

Güney Azərbaycanda geniş miqyasda CD, Bildiri və SMS yayılıb

2021.10.20, 07:36
Güney Azərbaycanda geniş miqyasda CD, Bildiri və SMS yayılıb

Gunaz.tv

GünAz TV: 2006-cı ildə (1385-cı ildə) baş tutam Milli Qiyamın (Xordad Qiyamı) növbəti İldönümü Güney Azərbaycanda müxtəlif formalarda qeyd olunub.

 

Böyük və kiçik şəhər demədən bütün Güney Azərbaycanı bürüyən Təhlükəsizlik Qüvvələri, genişmiqyaslı İldönüm Göstərilərinə imkan verməsədə, xalqımız öz istək və etirazlarını başqa mümkün yollarla çatdırmağa çalışıb.

 

Əldə edilən məlumata görə, xalqımız Milli Qiyamın 5-ci İldönümü ərəfəsində xüsusi ilə 22 mayda (1 xordadda) bir-birlərinə 100 minlərlə SMS atıb və Milli Qiyamın xatirəsini anıblar.

 

Həmçinin Milli Qiyamın müxtəlif səhnələrini əks etdirən CD-lər və Bildirilər Güney Azərbaycanın müxtəlif universitetləri və şəhər boyunda yayılıb.

 

Bir daha xatırladaq ki, bütün bu fəaliyyətlər Güney Azərbaycanda olağanüstü (fövqəladə) vəziyyət hökm sürdüyü halda baş verib. Bu İran rejiminə daha bir xatırladıb  ki, Azərbaycanın kütləvi çıxışlarına son qoymaq heç bir şəkildə mümkün olmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar