SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Həbib Purvəlinin bədəni üzərində İşgəncə izləri – Video Görüntü

2021.10.20, 07:36
Azərbaycanlı fəal Həbib Purvəlinin bədəni üzərində İşgəncə izləri – Video Görüntü

Gunaz.tv

GünAz TV: İran İslam Cümhuriyyətinin təcridxanalarında cismi-ruhi işgəncələrə məruz qalan insanların sayı-hesabı yoxdur.

 

Ən dəhşətlisi odur ki, bu işgəncələrin xəbəri çatdırılmır. Ona görə ki, bu xəbərlərin çatdırılmasını ayrıca bir qadağa var. Bütün bunlara baxmayaraq, Milli Hərəkat Fəalları imkan daxilində bəzən bu işgəncələri ifşa edəcək faktlar üzə çıxara bilirlər.

 

Milli-mədəni fəal Həbib Purvəli 2007-ci il aprel ayının 16-i (1386-cı il fərvərdin ayının 27-i) Təbrizdə Bildiri yayarkən tutuqlanıb və işgəncəyə məruz qaldığı üçün 17 gün Təbrizin şohəda xəstəxanasında müalicə olunub. O işgəncə olduğunu ifşa etməyəcəyi şərti ilə azadlığa buraxılır. Adını çəkdiyimiz Azərbaycanlı fəal 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) Etirazlar zamanı yenidən tutuqlanır və polis tərəfindən işgəncə edildindən sonra Təbrizin Xumeyni xəstəxanasına yerləşdirilir.

 

Aşağıda “Urmu İşçiləri”-nin yaydığı LİNKdən adını çəkdiyimiz azərbaycanlı fəalın bədəni üzərində işgəncə izlərini izləyə bilərsiniz:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar