SON XƏBƏRLƏR

Milli Hərəkat Fəalları Mayın 25-də (xordadın 4–də) Sulduzlu ŞƏHİDlərin məzarını ziyarət edəcəklər

2021.10.20, 07:36
Milli Hərəkat Fəalları Mayın 25-də (xordadın 4–də) Sulduzlu ŞƏHİDlərin məzarını ziyarət edəcəklər

Gunaz.tv

GünAz TV: Milli Hərəkat Fəalları Milli Qiyamın (Xordad Qiyamı) 5-ci İldönümü günlərində 2006-ci ildə (1385-ci ildə) Azərbaycan uğrunda canlarını fəda etmiş Şəhidlərimizin mərazını ziyarət edəcəklər.

Ziyarət Sulduzda gərçəkləşəcək.

 

Şəhidlərimizin yolunu davam etdirən Milli Hərəkat Fəalları, Sulduzlu dəyərli Şəhid ailələrimizlə görüşüb və qəhrəman Şəhidlərimizin məzarı üstündə bulunub, onların əziz xatirəsini yad edib və rəhmətlə anacaqlar.

 

Bu ağırlama mərasiminə tanınmış Təbriz və Ərdəbilli Milli Hərəkat Fəallarıda qatılacaqlar. Bütün Milli Hərəkat Fəalları və Azərbaycan qayğıkeşlərindən gözlənilir ki, bu önəmli mərasimdə iştirak etməklə mərasimin təntənəli keçməsinə şərait yaradacaqlar.

 

Xatırladaq ki, 2006-ci il (1385-ci il) “İran” dövlət qəzitində türklərə qarşı məlum təhqiramiz karikaturanın dərcindən sonra, Güney Azərbaycanda Milli Qiyam başladı. İran rejimi Milli Qiyamı qana boyadı və Azərbaycanın müxtəlif şəhərlərində gənclərimiz Şəhid düşdülər. Sulduz o Qəhrəman şəhərlərdən biridir. Bu şəhər Hüseyn Fəthipur, Hümmət İsmzadə, Əsgər Qasimi və Tohid Azəryun kimi gənclərin pak qanını vətənimizə bəxş edibdir.

 

Görüş:

Sulduz – Danişqah xiyabanı – Əli Əsğər Hüseyniyyəsi ( yerli vaxtla saat 15:00-dən 17:30-a qədər)

Sulduz qəbiristanlığı (yerli vaxtla saat 17:30)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar