SON XƏBƏRLƏR

İranın Vaşinqtondakı nümayəndəliyi qarşısında azərbaycanlıların Etirazı...

2021.10.20, 07:36
İranın Vaşinqtondakı nümayəndəliyi qarşısında azərbaycanlıların Etirazı...

Gunaz.tv

GünAz TV: Milli Qiyamın (Xordad Qiyamı) 5-ci İldönümü ərəfəsində Güney Azərbaycanla birlikdə dünyanın müxtəlif ölkələrində Etiraz Göstəriləri baş tutub.

 

Etiraz Göstərisi baş tutan ölkələrdən biridə Amerika Birləşmiş Ştatlarıdır. Beləkə Amerikada yaşayan bir qrup azərbaycanlı İranın Vaşinqtondakı nümayəndəliyi qarşısında Etiraz Göstərisi keçiriblər.

 

Etirazçılar əllərində plakat tutaraq, İranda həbsdə saxlanılan azərbaycanlı fəalların azad edilməsini tələb ediblər.

 

Qeyd edək ki, Göstəri zamanı İran nümayəndəliyinin əməkdaşlarından biri iştirakçıların birinin əlindən plakatı almaq istəyərkən, onların arasında qarşıdurma olub,  Ancaq polisin müdaxiləsi ilə nümayəndəliyin əməkdaşı öz iş yerinə yollanıb və Etiraz Göstərisi davam edib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar