SON XƏBƏRLƏR

İranda 133 ruhani Musəvi və Kərrubin azadlığını istəyiblər

2021.10.20, 07:36
İranda 133 ruhani Musəvi və Kərrubin azadlığını istəyiblər

Gunaz.tv

GünAz TV: Qum dini dairəsinin 133 ruhanisi birgə bəyanat yayaraq İran müxalifətinin 4 aya yaxındır həbsdə saxlanan liderləri Mirhüseyn Musəvi ilə Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb ediblər.

Hər iki siyasi lider xanımları ilə birgə həbsdədir.

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, 133 ruhaninin birgə bəyanatında deyilir ki, “Musəvi ilə Kərrubinin və onların xanımlarının həbsdə saxlanması islama və sistemin sabitliyinə, təhlükəsizliyinə uyğun deyil: “Aydın məsələdir ki, dinc müxaliflərə qarşı zorakı üsullardan istifadə edilməsi, hökumət mediasında onlara qarşı böhtan və ittiham xarakterli yazıların dərc olunması bədxahların arzuladığı nəticəsiz ifratçılığın şiddətləndirilməsindən başqa bir şey deyil.

Biz bu bəyanatı imzalayaraq islami və insani dəyərlərin qorunub saxlanması, ölkənin yüksəlməsi naminə bu məmləkətin xeyirxahlığını arzulayan bəzi din alimlərinə qoşularaq mərhum imamın (Xomeyni) köhnə silahdaşlarından və İran İslam Respublikasının (cümhuriyyətinin) keçmiş rəsmilərindən olan cənablar Mirhüseyn Musəvi və Mehdi Kərrubinin, eləcə də onların möhtərəm xanımlarının azadlığa buraxılmasını tələb edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar