SON XƏBƏRLƏR

İranda “köhnə hamam , köhnə tas”: Türklərə qarşı növbəti TƏHQİR - Video Görüntü / Foto

2021.10.20, 07:36
İranda “köhnə hamam , köhnə tas”: Türklərə qarşı növbəti TƏHQİR - Video Görüntü / Foto

Gunaz.tv

GünAz TV: İran İslam Respublikasının antitürk rejimi türk millətinə qarşı düşünülmüş kobud təhqirləri var gücü ilə davam etdirir.

 

Bu dəfə Abadanda keçirilən “Traxtur-Neft” yarışında Futbol tamaşaçıları türk millətinə qarşı olduqca təhqiramiz hərəkətə yol verib və onların təhqiramiz hərəkəti İranın dövlət Televizyonundan yayımlanıb.

  

Özünü böyük görmə, ALLAHın özəl bəndəsi kimi görmə xəstəliyinə tutulan fars şovinizmi öz muzdurları vasitəsi ilə ərəblərin yaşadığı bölgədə, bu təhqiri düzənləməsi xüsusi diqqətə layiqdir. Həm ərəb bölgəsində, həmdə Milli Qiyamın 5-ci ildönümünə bir neçə gün qalmış belə bir təhqirin ortalığa çıxması, fars şovinizmi və İranın rasist siyasətinin son dərəcə məkrli və qərəzli olduğunu göstərməkdədir.

 

Tamaşaçılar arasında eşşək şəkilinin bir parça üzərində açılıb və nümayiş etdirilməsi, heçdə təsadüfi hesab edilmir. Məlumata görə, birinci canlı olaraq televizyonda yayımlanan təsvirin təsadüfi olduğunu iddia edənlər var. ancaq əgər təsadüfi idisə onda ikinci dəfə yayımlayanda bunu senzura (sansur) etmək mümkün idi.  halbuki, bu baş verməyib və “fars news” təkrar olaraq təhqiramiz təsviri yenidən göstərib.

 

Aşağıdakı LİNKdən bu təhqiramiz təsviri müşahidə edə bilərsiniz:

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar