SON XƏBƏRLƏR

Dünən Təbrizdə Pərakəndə qarşıdurmalar olub, tutuqlananlar var

2021.10.20, 07:36
Dünən Təbrizdə Pərakəndə qarşıdurmalar olub, tutuqlananlar var

Gunaz.tv

GünAz TV: Milli Qiyamın növbəti İldönümü Azərbaycanın bütün şəhərlərində xüsusi polis nəzarəti ilə qeyd olunsada, Təbrizdə pərakəndə şəklində qarşıdurmalar olub.

 

GünAz TV mətbuat mərkəzinin HERANA-ya istinadən yaydığı məlumata görə, mayın 22-i (xordadın 1-i) Təbrizdə polis və təhlükəsizlik qüvvələrinin xüsusi izdihamı müşahidə olunub.

 

Şahidlər HERANA-ya bildiriblər ki, Təbriz universiteti və rasta küçədə pərakəndə qarşıdurmalar olub və bir neçə vətəndaş tutuqlanıb.

 

Şahidlərin birinin verdiyi məlumata görə, Təbrizdə hər 100 metrdə ən azı 4 nəfər təhlükəsizlik qüvvəsi hazır vəziyyətdə dayanıblarmış.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar