SON XƏBƏRLƏR

HERANA Azərbaycan şəhərlərinin təhlükəsizlik fəzası və tutuqlanan soydaşlarımızdan yazıb

2021.10.20, 07:36
HERANA Azərbaycan şəhərlərinin təhlükəsizlik fəzası və tutuqlanan soydaşlarımızdan yazıb

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin HERANA-ya istinadən yaydığı məlumata görə, may ayının 22-i (xordadın 1-i) Azərbaycan şəhərlərinin əsas xiyaban və meydanları təhlükəsizlik qüvvələri ilə dolu olub.

 

İranda insan haqları fəallarının xəbər orqanının verdiyi məlumata əsasən,  təhlükəsizlik fəzası Təbriz, Əhər, Mərənd və Marağada daha çox müşahidə olunub və şahidlər polis və təhlükəsizlik qüvvələrinin şəhərin müxtəlif yerlərində yerləşdirildiyini bildiriblər.

 

Təbrizdə meydanlar, rasta küçə, tərbiyyət, yarı yol (nisfrah), Əbureyhan, saat meydanı, abrəsan, şahid biliyurdu və ... kimi yerlərdə  təhlükəsizlik qüvvələrinin izdihamı görünüb.

 

Milli Qiyamın (xordad qiyamının) 5-ci ildönümü ərəfəsində təhlükəsizlik və məhkəmə orqanları sistematik şəkildə azərbaycanlı fəalları tutuqlayıb və onların barəsində ağır hökmlər çıxarıblar.

 

Tutuqlananlardan İbrahim Nuri, Siyamək Kuşi, Səid Nəimi, Əyyub Şiri, Sima və Mehdi Dirəxşan, Əkbər Azad, Sima Didar, Əlirza Fərşi, Hadi Həmidi Şəfəq və ... kimi fəalların adını çəkmək mümkündür.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar