SON XƏBƏRLƏR

Bu gün Təbriz xüsusi nəzarətə alınıb

2021.10.20, 07:36
Bu gün Təbriz xüsusi nəzarətə alınıb

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, Təbrizin giriş-çıxış və əsas yerlərinə polis qüvvələri yerləşdirilib. 

 

Polis qüvvələri əsasən Abrəsan Meydanı, fərmandarı (icrabaşçılığı) və ostandarı (valilik) qarşısında yerləşdirilib.

 

Bir qrup iğtişaşa qarşı təhlükəsizlik qüvvələridə valiliyin (ostanın) polis komandanlığı binasında, hazır vəziyyətdə gözləyirlər.

 

Məlumata görə, polis avtomobillərin əsas xiyabanlara girişinə icazə vermir.

 

Xatırladaq ki, bu gün Milli Qiyamın 5-ci İLdünüm günüdür. İran rejimi İdünüm ilə bağlı keçiriləcək Etiraz Göstərilərindən  vahiməyə düşdüyü üçün önləyici tədbirlər almağa çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar