SON XƏBƏRLƏR

İranın Ankaradakı səfirliyi qarşısında May (Xordad) Qiyamının 5-ci İldönümü münasibəti ilə möhtəşəm GÖSTƏRİ keçirilib - FOTO

2021.10.20, 07:36
İranın Ankaradakı səfirliyi qarşısında May (Xordad) Qiyamının 5-ci İldönümü münasibəti ilə möhtəşəm GÖSTƏRİ keçirilib - FOTO

Gunaz.tv

GünAz TV: Dünya azərbaycanlıları Qanlı Qiyamın acı xatirəsini yaşamaqdadır. Soydaşlarımız Milli Qiyamın (xordad qiyamının) 5-ci İldönümünü Etiraz Göstəriləri ilə anırlar.

 

İldönüm Göstəriləri Güney Azərbaycandan başqa dünyanın müxtəlif ölkələrində də həyata keçirilməkdədir. Dünən may ayının 21-i (ordibeheştin 31-i) qardaş ölkə Türkiyədə möhtəşəm Etiraz göstərisi düzənlənib.

 

GünAz TV mətbuat mərkəzinin "Öyrənci"-yə istinadən yaydığı məlumata görə, Türkiyədə yaşayan azərbaycanlılar Anadolu, Azərbaycan cümhuriyyəti, Rusiya, Kərkuk, Axıska, doğu Türkistan, Balkan və başqa yerlərdən olan türklərlə birlikdə İranın Ankaradakı səfirliyi qarşısında toplaşıb və İranın anti türk siyasətinə öz kəskin etirazlarını bildiriblər.

 

Etirazçılar Quğulu parkından İran səfirliyinə tərəf hərəkət edib və Azərbaycan Milli Hərəkatına öz dəstəklərini nümayiş etdiriblər.

Göstəri zamanı “Haray Haray mən türkəm”, “Ölün olsun faşizmə”, “Təbriz Bakı Ankara – Biz hara farslar hara?!”, “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun” və Urmu Gölü ilə bağlı kimi milli şüarlar səsləndiriblər.

 

Sonda etirazçılar tərəfindən qətnamə oxunub, İranın rasizm siyasəti bir daha qınanıb və İrandan istənilib ki, türk millətinin milli hüquqlarına hörmətlə yanaşsın və bu ayri-seçkilik siyasətinə son qoysun.

 

 

 

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar