SON XƏBƏRLƏR

Suriya hakimiyyəti yenə 34 nəfərin qanını tökdü

2021.10.20, 07:36
Suriya hakimiyyəti yenə 34 nəfərin qanını tökdü

Gunaz.tv

GünAz TV: Suriyanın müxtəlif yerlərində davam edən aksiyalarda (yürüşlərdə) polis qüvvələri yenə sərt müdaxilə ilə yadda qalıb.

Təhlükəsizlik qüvvələrinin aksiyaçılara açdığı atəş nəticəsində ölənlərin sayı 34 nəfəri aşıb. Bu barədə Lent.az Türkiyə mediasına istinadən xəbər yayıb.

Ölkənin Humus, Banyas, Hama və İdlib şəhərlərində keçirilən etiraz aksiyalarında aksiya iştirakçıları Bəşər Əsəd hakimiyyətinin əleyhinə şüarlar səsləndiriblər.

Məlumata görə, Humusda biri uşaq olmaqla, 12 nəfər, İdlibdə isə 15 nəfər polis qüvvələri tərəfindən öldürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar