SON XƏBƏRLƏR

Mehriban Əliyeva "Eurovision-2012” təşkilat komitəsinin sədri təyin olundu

2021.10.20, 07:36
Mehriban Əliyeva "Eurovision-2012” təşkilat komitəsinin sədri təyin olundu

Gunaz.tv

GünAz TV: Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva gələn il Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin təşkilat komitəsinə rəhbərlik edəcək.

Mayın 19-da prezident İlham Əliyev «Eurovision–2012» mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident sərəncamına əsasən, “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə təşkilat komitəsinin sədri vəzifəsinə “YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva” təyin edilib.

Ümumilikdə, təşkilat komitəsinə 6 nazir, Bakı şəhər İcra Hakimiyyətinin başçısı, İctimai TV-nin baş direktoru, bir neçə dövlət qurumlarının rəhbərləri və digər rəsmi şəxslər üzv seçilib.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Təşkilat komitəsinə “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırığı verilib.

Bu arada Türkiyənin prezidenti Abdulah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycanın «Eurovision- 2011» mahnı müsabiqəsindəki qələbəsi ilə bağlı prezident İlham Əliyevi təbrik ediblər.

Türkiyə prezidenti İlham Əliyevə ünvanladığı məktubda, baş nazir isə telefon danışığında Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş «Eurovision-2011» müsabiqəsində qazandıqları qələbənin Türkiyədə çox böyük sevinclə qarşılandığını vurğulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar