SON XƏBƏRLƏR

Avropa Birliyi İrana qarşı yeni sanksiya (təhrim) tətbiq edəcək?

2021.10.20, 07:36
Avropa Birliyi İrana qarşı yeni sanksiya (təhrim) tətbiq edəcək?

Gunaz.tv

GünAz TV: Avropadakı bəzi xəbər agentliklərinin (ajanslarının) verdiyi məlumatlara əsasən, Avropa Birliyi ölkələri İrana qarşı yeni sanksiyalar (təhrimlər) hazırlayır.

Adlarının açıqlanmasını istəməyən diplomatlara istinadən verilən məlumatda bildirilir ki, bir neçə gün sonra Avropa Birliyi (AB) 100-ə yaxın İran şirkəti və bankına qarşı sanksiyalar tətbiq edəcək. Mənbələrin verdiyi məlumatda o da bildirilir ki, sanksiyalar mayın 23-də açıqlanacaq.

Bu sanksiyalar İran rəsmilərini nüvə proqramını davam etdirmə siyasətindən əl çəkdirmək məqsədi ilə tətbiq olunur. İran nüvə proqramının dinc məqsədli olduğunu və nüvə silahlarına yiyələnmək istəmədiyini bildirsə də, Qərb ölkələri İranın nüvə proqramından ehtiyatlanaraq bildirilər ki, rəsmi Tehran öz nüvə proqramının sülh məqsədli olduğunu sübut edə bilmir.

İndiyə qədər Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı bir neçə dəfə ölkədə araşdırmalar aparıb, lakin onun sülh məqsədli olub olmadığına tam qərar verə bilməyib. Agentliyin məruzələrində bildirilir ki, İran yetkililəri araşdırmalar zamanı onların mütəxəssislərinə lazimi şəraiti yaratmaqdan imtina edirlər. Bu məruzələrdə eyni zamanda o da qeyd edilir ki, İran rəsmiləri agentlik nümayəndələrinin bir çox obyektə (təsisat məntəqəsinə) daxil olmalarına da maneçilik yaradırlar.

Xatırladaq ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası bununla bağlı indiyə qədər 4 qətnamə qəbul edərək İrandan nüvə proqramını dayandırmasını tələb edib. Lakin İran rəsmiləri BMT TŞ-nin (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının) qərarlarına etinasız yanaşır. Bunun nəticəsində indiyə qədər İrana qarşı bir neçə ağır beynəlxalq sanksiya tətbiq olunub. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar