SON XƏBƏRLƏR

11 nəfər azərbaycanlı fəalın həbsinə dair məhkəmə hökmü çıxarılıb

2021.10.20, 07:36
11 nəfər azərbaycanlı fəalın həbsinə dair məhkəmə hökmü çıxarılıb

Gunaz.tv

GünAz TV: Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi 3 dəfə məhkəmə iclası keçirdikdən sonra, 11 nəfər azərbaycanlı fəal barədə hökm çıxarıb.

 

Hökmə əsasən milli-mədəni fəallar Aydın Xacei, Şəhram Radmehr, Yunis Süleymani, Mahmud Fəzli, Nəim Əhmədi, Yaşar Kərimi və xanım Həmidə Fərəczadə 6 ay azadlıqdan məhrum ediliblər.

 

Cənab Əlirza Əbdullahi, Behbud Quluzadə və Əkbər Azad isə 5 il müddətində 6 ay şərti (asılı) həbsə məhkum ediliblər.

 

Cənab Həsəm Rəhimi təxminən 4 ay təknəfərlik kamerada (sellul) saxlanıldıqdan sonra ittihamlardan bəraət qazanıb.

 

Qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəallar 8 aya yaxın keçici həbsdə saxlanılıb və 5 aydan çox təknəfərlik kamerada (sellul) saxlanılıblar.

 

Məlumata görə, milli-mədəni fəallar cənab Ayət (Yürüş) Mehrəlibəyli, Lətif Həsəni və Xanım Zəhra Fərəczadə may ayının 1-də (xordadın 1-də) mühakimə olunacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar