SON XƏBƏRLƏR

Vaşinqtonda İran nümayəndəliyi qarşısında İran nümayəndələri ilə Güney Azərbaycan İnsan Haqları müdafiəçiləri arasında qarşıdurma olub

2021.10.20, 07:36
Vaşinqtonda İran nümayəndəliyi qarşısında İran nümayəndələri ilə Güney Azərbaycan İnsan Haqları müdafiəçiləri arasında qarşıdurma olub

Gunaz.tv

GünAzTv: Vaşinqtonda İran nümayyəndəliyi qarşısında İran nümayyəndələri ilə Güney Azərbaycan İnsan Haqları müdafiəçiləri arasında qarşıdurma baş verib. Bu günlərdə Xordad qiyamının(22 May 2006) ildönümü yaxınlaşdıqca dünyanın ayrı ayrı şəhərlərində qiyamın ildönümü və etiraz əlaməti olaraq etiraz aksiyaları davam etməkdədir.İran adlanan yerin Vaşinqton şəhərində yerləşən nümayyəndəliyi qarşısında 20 May 2011-ci il tarixində növbəti etriraz aksiyası baş tutmuşdur.İran nümayyəndəliyi rəsmiləri ilə aksiya iştirakçıları arasında baş verən qarşıdurmalar, Amerikan polisinin müdaxiləsi nəticəsində İran nümayyəndəliyi rəsmilərinin hadisə baş verən yerdən dərhal uzaqlaşdırılması ilə nəticələnib.Polisin aksiya iştirakçılarını tərəfində durması İran nümayyəndələrinin qəzəbinə səbəb olub.Qarşıdurmalar haqda video və şəkillər yaxın vaxtlarda sizlərə təqdim olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar