SON XƏBƏRLƏR

Əhmədinejaddan şok iddia

2021.10.20, 07:36
Əhmədinejaddan şok iddia

Gunaz.tv

GünAz TV: İranın prezidenti Mahmud Əhmədinejad daha bir iddia ilə çıxış edib. Bu dəfə o, həqiqətən də şok bir açıqlama verərək, fikirlərini əsaslandırmağa çalışıb.

GünAz TV mətbuat mərkəzinin “Tia.az”-a istinadən yaydığı məlumata görə,  Əhmədinejadın yeni açıqlaması yağışların yağmaması və Qərbin bunu qəsdən etməsi ilə bağlıdır. O bəyan edib ki, Qərb ölkələri İranın da aralarında olduğu, əksər ölkələrdə quraqlıq baş verməsi üçün addımlar atır. Mərkəz əyalətində əhali qarşısında çıxış edən İran prezidenti iddia edib ki, Qərb dövlətləri keçən il onun ölkəsinə doğru gələn buludların qarşısını alıb. «Avropanın bol yağışlı bir bölgə olmasına rəğmən, keçən il avropalılar sahib olduqları özəl texnologiya sayəsində buludları boşaldaraq, aralarında İranın da olduğu bəzi ölkələrə onların gəlişini əngəlləyib. Buludlar qərbdən şərqə doğru hərəkət etsə də, bu müdaxilə nəticəsində İrana yağış yağmadı».

Türkiyə və İrandan başlayaraq, Şərqi Asiyaya qədər uzanan bir bölgədə qarşıdakı 30 il içində quraqlıq olacağını bildirən, lakin adını çəkmədiyi bir qərbli siyasətçinin sözlərini də xatırladan Əhmədinejad «Bu məqaləni yazan qərbli siyasətçi su sahəsi üzrə mütəxəssis deyildi. Bu da məqalənin elmi araşdırma olmadığını və hazırlanmış bir plan olduğunu göstərir» deyib.

Avropalı ölkələrin bu vasitələrlə bölgə dövlətləri arasında toqquşmalar yaratmaq istədiyini vurğulayan İran prezidenti məsələni qanuni yollarla araşdıracaqlarını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar