SON XƏBƏRLƏR

Konstitusiyaya (Anayasaya) Nəzarət Şurası Əhmədinejadın qərarını qanunsuz saydı

2021.10.20, 07:36
Konstitusiyaya (Anayasaya) Nəzarət Şurası Əhmədinejadın qərarını qanunsuz saydı

Gunaz.tv

GünAz TV: Konstitusiyaya (Anayasaya) Nəzarət Şurası İran prezidenti Mahmud Əhmədinejadın Neft Nazirliyinə müvəqqəti rəhbərlik etmək qərarını qanunsuz saydığını açıqlayıb.

İran prezidenti mayın 14-də rifah naziri, sənaye naziri və neft nazirini tutduqları vəzifədən azad etmiş, mayın 15-də Neft Nazirliyinə rəhbərliyi müvəqqəti olaraq öz üzərinə götürdüyünü bildirmişdi.

Konstitusiyaya Nəzarət Şurası İranda parlamentdən önəmli hakimiyyət orqanıdır. Qurumun 12 üzvünün 6-sı ruhanilərdir. Bu 6 nəfəri dini lider təyin edir. Hüquqşünaslardan ibarət digər 6 nəfəri parlament seçir. Şuranın əsas funksiyası (görəvi) qanunvericiliyə və onun icrasına nəzarətdir. Bu qurum prezidenti, deputatları (millət vəkillərini) və nazirləri təsdiqləyir. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar