SON XƏBƏRLƏR

Prezident Obama İsraili 1967-ci il sərhədlərinə qayıtmağa çağırdı

2021.10.20, 07:36
Prezident Obama İsraili 1967-ci il sərhədlərinə qayıtmağa çağırdı

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama Yaxın Şərqdəki vəziyyətə dair çıxış edib.

Milli.Az xəbər portalının CNN-ə istinadən verdiyi məlumata görə, o, İsraili 1967-ci ildə mövcud olmuş sərhədlərə qayıtmağa çağırıb. Beləliklə, Obama yaradılacaq Fələstin dövlətinin 1967-ci ildə mövcud olmuş sərhədlər çərçivəsində qurulmasının vacibliyini bəyan edən ilk Amerika prezidentidir.

«ABŞ əmindir ki, danışıqlar yolu ilə 2 dövlət qurulmalıdır», - deyə Ağ Ev sahibi 45 dəqiqəlik çıxışı zamanı bildirib.

Obamanın çıxışına İsrailin baş naziri Binyamin Netanyahudan reaksiya (əksüləməl) demək olar ki, dərhal gəlib. O, 1967-ci il sərhədlərinə qayıtmaq təklifini birmənalı olaraq rədd edib. Netanyahu hazırda 1967-ci il sərhədlərinə aid olmayan ərazilərdə on minlərlə İsrail vətəndaşının yaşadığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar