SON XƏBƏRLƏR

Marağalı Milli Hərəkat Fəallarında Milli Qiyamın 5-ci İldönümü Göstərisinə ÇAĞIRIŞ...

2021.10.20, 07:36
Marağalı Milli Hərəkat Fəallarında Milli Qiyamın 5-ci İldönümü Göstərisinə ÇAĞIRIŞ...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda 2006-cı ilin may hadisələrinin (Xordad hadisələri , Milli Qiyam) 5-ci İldönümünə böyük hazırlıq gedir.

 

“İran” qəzetində türklərə qarşı təhqiramiz karikaturun dərc edilməsi ilə alovlanan qiyamın ildönümü illərdir ki, Güney Azərbaycan və dünyanın müxtəlif ölkələrində soydaşlarımız tərəfindən qeyd olunur.

 

22 mayda (1 xordadda) keçiriləcək ildönüm Göstərisinə (yürüşünə) artıq bir çox qurum, Kütləvi İnformasiya Vasitələri, sivil təşkilatlar və müxtəlif şəhərlərin Milli Hərəkat Fəalları Çağırış ediblər. Keçən xəbərlərimizdə bununla bağlı geniş məlumat verilib.

 

Marağalı Milli Hərəkat Fəallarıda Bəyanat yayaraq, qanlı Milli Qiyamı xatırladıb və 2006-cı ildə İran Təhlükəsizlik Qüvvələri tərəfindən töküləm qanlarımızı bağışlanmaz olduğunu vurğulayaraq, keçiriləcək ildönümü Göstərilərinə dəstək verdiklərini bəyan ediblər.

 

Milli Hərəkat Fəalları Marağa əhalisini bu şəhərdə keçiriləcək Göstəridə fəal olmağa çağırıblar.

 

Zaman: 2011-ci il may ayının 22-i (1390-cı il xordad ayının 1-i), yerli vaxtla saat 19:00

Yer: Marağa, xan hamamı (tlue fəcr meydanı)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar