SON XƏBƏRLƏR

Azərbaycanlı Fəal Əlirza Fərşidən son xəbər

2021.10.20, 07:36
Azərbaycanlı Fəal Əlirza Fərşidən son xəbər

Gunaz.tv

GünAz TV: Tanınmış milli-mədəni fəal cənab Əlirza Fərşi Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində sorğu-suala çəkilməkdədir.

 

2011-ci il may ayının 13-ü (1390-cı il ordibeheşt ayının 23-ü) Təbrizdə öz iş yerində yaxalanan azərbaycanlı fəal tutularkən, güman edilirdi ki, O 6 aylıq həbsinə dair məhkəmə hökmünün icrası üçün tutuqlanıb. Ancaq Güney saytlarının yaydığı məlumata görə, cənab Fərşi ehtimal edilən məsələyə görə deyil,  ETTELAAT idarəsində ciddi şəkildə surğu-suala tutulmaqdadır və üzərində istintaq işləri aparılır.

 

Xatırladaq ki, hazırda cənab Fərşinin həyat yoldaşı xanım Sima Didar da Milli hüquqlar  uğrunda mədəni fəaliyyətlərinə görə həbsdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar