SON XƏBƏRLƏR

Həbib Ənvər və Mehdi Səmədi “Traxtur-Saypa” müsabiqəsində yaxalanıblar

2021.10.20, 07:36
Həbib Ənvər və Mehdi Səmədi “Traxtur-Saypa” müsabiqəsində yaxalanıblar

Gunaz.tv

GünAz TV: Keçən həftə (mayın 15-i , ordibeheştin 25-i) Təbrizin səhənd stadiomunda (stadionunda) keçirilən müsabiqədə iki “Traxtur”  tərəfdarı yaxalanıb.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, “Traxtur-Saypa” müsabiqəsində yaxalanan  Həbib Ənvər və Mehdi Səmədi təmami ilə günahsız olublar.

 

Məlumata görə, yaxalanan soydaşlarımızın yanında “Azərbaycanlı siyasi fəalları azad edin” plakatını tutan şəxs durub. Müsabiqədən sonra isə stadiomu tərk edərkən adını çəkdiyimiz şəxslər günahsız yerə yaxalanıb  və Saib ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar