SON XƏBƏRLƏR

Erməni iddiaları İsrail parlamentinin gündəmində

2021.10.20, 07:36
Erməni iddiaları İsrail parlamentinin gündəmində

Gunaz.tv

GünAz TV: İsrail parlamenti (Knesset) 1915-ci il ermənilərin "soyqırım" iddialarına dair məsələni müzakirə edərək tarixdə ilk dəfə qətnamə layihəsini təhsil komissiyasına göndərib.

GünAz TV mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, İsrail parlamentinin idarə heyətinin ötən gün keçirilən toplantısında solçu partiya “Meretz”dən olan millət vəkili Zahava Gal-On qətnamə layihəsini dəstəkləyib. Qətnamə layihəsinin komissiyaya göndərilməsinə parlamentin idarə heyətindəki 20 millət vəkili yekdilliklə səs verib.

 

Qeyd edək ki, bu vaxtadək hər il erməni diasporası qondarma soyqırım məsələsini İsrail parlametinə çıxarmağa nail olsa da, qətnamə heç vaxt təhsil komissiyasına göndərilməmişdi.

 

Bundan əvvəl qətnamə layihələri xarici işlər və müdafiə komissiyalarına sövq edilərək qapalı iclaslarda müzakirəsi təxirə salınmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar