SON XƏBƏRLƏR

Amerika iki “SEPAH” komandanına sanksiya (təhrim) qoyub

2021.10.20, 07:36
Amerika iki “SEPAH” komandanına sanksiya (təhrim) qoyub

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  Amerika Qasım Süleymani və Möhsün Çizəriyə qarşı sanksiya (təhrim) qoyub.

 

Mayın 19-da ABŞ (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” ordusunun komandanı Qasım Süleymani və qurumun zabiti Möhsün Çizəriyə aksiyaçıları (etirazçıları) əzməkdə Suriya hökumətinə yardım etdiklərinə görə sanksiya qoyub.

 

ABŞ dövlət katibi Hillari Klinton mayın 18-də jurnalistlərə açıqlamasında Suriya rəhbərlərini müxalifləri əzmək üçün İran təcrübəsindən faydalandığını demişdi: “Onlar müxaliflərini əzmək üçün öz müttəfiqləri olan İranın ən iyrənc və qəddar taktikalarından istifadə edir, öz vətəndaşlarının hüququna və tələblərinə hörmətlə yanaşmaqdan boyun qaçırırlar”.

 

“Sepah”ın ayrıca qanadı kimi fəaliyyət göstərən “Qüds” ordusunun əsas vəzifəsi ölkə sərhədlərindən kənar əməliyyatlarda iştirak etməkdir. “Qüds” ordusu İraqın daxilində əməliyyatlar aparmaq məqsədi ilə İran-İraq müharibəsi illərində yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar