SON XƏBƏRLƏR

İranın yanacaq problemi getdikcə böyüyür

2021.10.20, 07:36
İranın yanacaq problemi getdikcə böyüyür

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyinin Sözcüsü Ramın Mehmanpərəst, həftəlik mətbuat konfransında, bəzi ölkələrin İranın mülki təyyarələrinə yanacaq vermədiyini təsdiqləyərək, bu cür addımların “qeyri-qanuni” olduğunu bildirib.

Mihmanpərəst qeyd edib ki, İran onun təyyarələrinə yanacaq sanksiyası (təhrimi) tətbiq edən ölkələrə qarşı oxşar addımlar atacaq.

Qeyd edək ki, Mehmanpərəstdən öncə İran prezidentinin birinci müavini Məhəmməd Rza Rəhmi də Avropa ölkələrinin İran təyyarələrinə yanacaq verməməsindən şikayətlənmişdi. Hazırda İran bir yandan bundan narahatlığını ifadə edir, digər yandan isə dünya mətbuatının əsas xəbər mövzuları arasında yer alan Şimali Koreya ilə hərbi əməkdaşlığına dair iddiaları yalanlayır. Bütün bunlar təsadüfi deyil.

 

Çünkü İran rejimi gah nüvə proqramı ilə bağlı dünyaya meydan oxuyur, gah da güya hamıyla yola getməyə çalışır. Gah yanacaq probleminin olmamasından danışır, gah bu sahədə problemlərini arxa-arxaya etiraf edir. Əslində aydındır ki, İranın nüvə proqramı ilə əlaqədar özünü beynəlxalq aləmdən təcrid etməsi hökuməti lazımsız təxribata və iqtisadi tənəzzülə sürükləyir. Hökumət öz problemlerini həll etmək yerinə anlaşılmaz siyasət tətbiq edir. Şimali Koreya ilə nüvə texnologiyasına dair gizli danışıqların ortaya çıxmasından sonra İranın Venesuelada raket sistemləriylə bağlı yeni tikilinin xərclərini ödəyəcəyi barədə məlumatlar da bunu təsdiqləyir. Azartm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar