SON XƏBƏRLƏR

Milli Qiyamın 5-ci İldönümü Göstərilərinə növbəti ÇAĞIRIŞLAR...

2021.10.20, 07:36
Milli Qiyamın 5-ci İldönümü Göstərilərinə növbəti ÇAĞIRIŞLAR...

Gunaz.tv

GünAz TV: Milli Qiyamın növbəti İldönümü Göstərilərinə (yürüşlərinə) bir neçə gün alır. Xalqımızın bu Göstərilərə geniş şəkildə qatılacağı gözlənilir.

Bununla bağlı Xoy şəhərinin Milli Hərəkat Fəalları Çağırış Bəyanatı yayıblar.

 

Xoylu Milli Hərəkat Fəalları 2006-cı il may ayı hadisələrini (1385-ci il xordad hadisələrini) xatırladıb və soydaşlarımızın İran rejimi tərəfindən öldürülüb, döyülüb və həbsə düşmələrini məhkum ediblər.

Milli Fəallar fars faşizmini Azərbaycana qarşı bütün sahələrdə qərəzli siyasət apardığını vurğulayıb və İran-fars rejiminin “Traxtur” futbol taxımına , 2 apreldə (13 fərvərdində) Urmu Gölü ilə bağlı keçirilən Etiraz Yığıncağına olan zorakı münasibətinidə,  antitürk siyasətinin tərkib hissəsi olduğunu bildiriblər.

 

Xoy şəhərinin Milli Hərəkat Fəalları 22 mayda (1 xordadda) keçiriləcək ildönüm Göstərilərini dəstəkləyib və Xoy bazarının əsnaf və  iş adamlarından istəyiblər ki, həmin gün bazarı bağlayıb və Azərbaycan xalqına qoşulsunlar.

 

Bu arada GAİP saytının yaydığı məlumata görə, Urmu və Makı şəhərinin Milli Hərəkat Fəalları, 22 may (1 xordad) ildönüm Göstərilərinə tam hazır olduqlarını bildirib və öz dəstəklərini bəyan ediblər.

 

Həmçinin "Öyrənci" saytı və "Azər Cəmiyyəti" bəyanat yayaraq, Milli Qiyamın ildönümündə keçiriləcək dinc Göstərilərə (yürüşlərə) öz dəstəklərini bildirib və xalqımızı bu Göstərilərdə fəal olmağa çağırıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar