SON XƏBƏRLƏR

Azərbaycanlı işçilər və “Traxtur” taxımı tərəfdarlarından 22 may (1 xordad) Göstərisinə DƏVƏT...

2021.10.20, 07:36
Azərbaycanlı işçilər və “Traxtur” taxımı tərəfdarlarından 22 may (1 xordad) Göstərisinə DƏVƏT...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda 2006-ci ildə (1385-ci ildə) baş tutan Milli Qiyamın 5-ci ildönümü ərəfəsində, xüsusi fəallıq görünməkdədir.

 

Artıq Güney Azərbaycanın bütün bölgə və şəhərlərində 22 may (1 xordad) günü Milli Qiyamın növbəti ildönümü möhtəşəm şəkildə qeyd olunacağı müəyyənləşib.

 

Bu barədə Azərbaycanlı zəhmətkeş işçilər Bəyanat yayaraq, xalqımızı bütün şəhərlərdə o cümlədən Təbrizdə Göstərilərə qatılmağa çağırıblar.

 

İşçilər yaydıqları Bəyanatda Azərbaycan işçilərinə Azərbaycanda iş olmadığını və o üzdən fars bölgələrinə gedib və orda işləməyə məcbur olduqlarını bildiriblər. Onlara görə, azərbaycanlı işçilər fars bölgələrində də ayri-seçkiliyə məruz qalır, lağa qoyulur və işdən qovulurlar. Bütün bunların günahı isə təkcə türk olmaqdır.

 

İşçilər xalqımızı may ayının 22-i, yerli vaxtla saat 17:00-da Rasta küçəsində keçiriləcək dinc Göstəriyə (yürüşə) dəvət ediblər.

 

Həmçinin “Traxtur” futbol taxımı (timi) tərəfdarları ayrıca Bəyanat yayaraq, İranın rasist siyasətini pisləyib və Azərbaycana qarşı bütün sahələrdə o cümlədən idmanda (vərzişdə) aparılan ayri-seçkilik siyasətini məhkum ediblər.

 

“Traxtur” tərəfdarları qeyd etdiyimiz eyni vaxt və məkanda xalqımızı dinc Etiraz Göstərisinə dəvət ediblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar