SON XƏBƏRLƏR

Hillari Klinton: "İran vaxt keçirmə taktikasına son verməlidir"

2021.10.20, 07:36
Hillari Klinton: "İran vaxt keçirmə taktikasına son verməlidir"

Gunaz.tv

GünAz TV: İran öz nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməli və nüvə danışıqlarına daha ciddi yanaşmalıdır.

Bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton ilə görüşündə bəyan edib.

İki lider Vaşinqtonda Yaxın Şərqdə baş verən hadisələri müzakirə etdikdən sonra birgə mətbuat konfransında bu barədə danışıblar. "İran vaxt keçirmə taktikasına son verməli, qəbul edilməz 10 şərtdən əl çəkməli və dünya ictimaiyyətinin problemlərini müzakirə etməyə hazır olduğunu göstərmək məsuliyyəti daşımalıdır" - Hillari Klinton belə deyib.

ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) dövlət katibi Suriyadakı vəziyyətlə bağlı ABŞ və Avropa İttifaqının bu ölkə üçün yeni islahatlar planlaşdırdığını və bu yaxınlarda əlavə sanksiyaların (təhrimlərin) tətbiq ediləcəyini də deyib. Radio antenn

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar