SON XƏBƏRLƏR

Milli Qiyamın 5-ci il ildönümü ilə bağlı Sayınqalalı Milli Hərəkat Fəallarından ÇAĞIRIŞ...

2021.10.20, 07:36
Milli Qiyamın 5-ci il ildönümü ilə bağlı Sayınqalalı Milli Hərəkat Fəallarından ÇAĞIRIŞ...

Gunaz.tv

GünAz TV: Sayınqalalı Milli Hərəkat Fəalları Milli Qiyamın 5-ci ildönümü Göstərisi (yürüşü) ilə bağlı Bəyanat yayıblar.

 

Milli Hərəkat Fəalları yaydıqları Bəyanatda, pəhləvi hakimiyyətinin qeyri-fars xüsusi ilə Azərbaycan xalqına qarşı apardığı əzici siyasətə toxunub və günümüzə qədər davam edən asimilasyon siyasətini məhkum ediblər.

 

Bəyanat yayan Soydaşlarımıza görə,  2006-cı ildə (1385-ci ildə) “İran” qəzetində türklərə qarşı təhqiramiz karikaturanın dərcindən sonra baş verən Milli Qiyam, əslində İranın antitürk siyasətinə böyük bir “yox” deməkdir. İran rejiminin bu etiraz Göstərisini (yürüşünü) qanla boğması isə təmami ilə qəbul edilməzdir.

 

Sayınqalalı Milli Hərəkat Fəalları 2006-ci ildə (1385-ci ildə) baş tutan Milli Qiyamı, Güney Azərbaycan tarixinin son yüz ildə Milli Hökumətdən sonra ən milli məzmunlu olduğunu bildiriblər.

 

Bəyanatda Sayınqalalı soydaşlarımızdan istənilir ki, mayın 22-də (xordadın 1-də) Sayınqalada keçiriləcək dinc və ailəvi Göstəridə fəal iştirak etsinlər.

 

Zaman: 2011-ci il may ayının 22-i (1390-cı il xordad ayının 1-i), saat 19:00

Yer: Sayınqala, Dağlarbağı parkı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar