SON XƏBƏRLƏR

Mərənd şəhərinin Milli Hərəkat Fəllarından 22 may (1 Xordad) Göstərisinə ÇAĞIRIŞ...

2021.10.20, 07:36
Mərənd şəhərinin Milli Hərəkat Fəllarından 22 may (1 Xordad) Göstərisinə ÇAĞIRIŞ...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan  2006-ci ildə (1385-ci ildə)  "İran" qəzetində türklərə qarşı dərc olunan təhqiramiz karikaturla başlanan Milli Qiyamın növbəti ildönümünə hazırlaşır.

 

Bu barədə Mərənd şəhərinin Milli Hərəkat Fəalları bir Bəyanat vasitəsi ilə xalqımızı 22 mayda (1 xordadda) keçiriləcək ildönüm Göstərisinə (yürüşünə) dəvət ediblər.

 

Mərəndli fəallar sözü gedən karikaturda türklərə qarşı edilən məlum təhqiri millətimizin bütün təbəqəsinə aid olduğunu vurğulayaraq, 2006-cı il may hadisələrinin (1385-ci il xordad hadisələrinin) qanla boğulmasını xatırladıb və bunun qəbul edilməz olduğunu bildiriblər.

 

Həmçinin Milli Hərəkat Fəalları aprelin 2-də (fərvərdinin 13-də) Urmu Gölü ilə bağlı keçirilən dinc Etiraz Yığıncağının İran Təhlükəsizlik qüvvələri tərəfindən hücuma məruz qalıb və 100 nəfərdən çox soydaşımızın yaxalanması ilə yekunlaşmasını məhkum edib və hazırda həbsdə saxlanılan soydaşlarımızın azadlığını tələb ediblər.

 

Bildiridə Mərənd əhalisindən öz milli hüquqlarının tələbi uğrunda mübarizə etmələri və Milli Qiyamın 5-ci ildönümü Göstərisinə qatılmaları istənilib.

 

Zaman: 2011-ci il may ayının 22-ı (1390-cı il xordad ayının 1-i)

Məkan: Mərənd şəhərinin mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar