SON XƏBƏRLƏR

22 May (1 Xordad) Qiyamının ildönümü Göstərisi ilə bağlı ÇAĞIRIŞ vərəqələri yayılıb

2021.10.20, 07:36
22 May (1 Xordad) Qiyamının ildönümü Göstərisi ilə bağlı ÇAĞIRIŞ vərəqələri yayılıb

Gunaz.tv

GünAz TV: Təbrizin Azad universitetində 22 May (1 Xordad) Qiyamının ildönümü Göstərisi ilə bağlı ÇAĞIRIŞ vərəqələri yayılıb.

 

2006-ci ildə (1385-ci ildə) "İran" qəzetində türklərə qarşı dərc olunan təhqiramiz karikaturla başlanan Milli Qiyamın növbəti ildönümü Göstərisinə (yürüşünə)  çağırış məqsədi ilə yayılan vərəqələr, öyrəncilər tərəfindən rəğbətlə qarşılanıb və qısa müddətdə geniş miqyasda öyrəncilər arasında yayılıb.

 

Bu çağırışdan vahiməyə düşən universitetin təhlükəsizlik bölməsinin məsulları  (hərasət məmurları) həmən hərəkətə keçib, universitetin qapılarını bağlayıb və axtarışlara başlayıblar. Onlar önləyici tədbir almaq və gözlənilən Etiraz Göstərisinin qarşısını almaq məqsədi ilə sivil məmurlar və bəsiciləri (yarımsilahı hökumət tərəfdarı dəstələr) də universitetə çağırıb və universiteti nəzarətə almağa çalışıblar. Deyilənlərə görə universitetdə bir təhlekəsizlik fəzası yaradılıb. Hətta bəsicilərlə öyrəncilər arasında kiçik qarşıdurmalarda olub.

 

Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın qorxmaz öyrənciləri vərəqələri yetəri qədər yayıb və öz məqsədlərinə çatıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar