SON XƏBƏRLƏR

Amerika Qüvvələri İraqdan addım-addım çıxır

2021.10.20, 07:36
Amerika Qüvvələri İraqdan addım-addım çıxır

Gunaz.tv

GünAz TV: İraqdakı ABŞ (Amerika Birləşmiş Ştatları) qüvvələri addım-addım ölkədən geri çəkilməyə başlayıblar. Kərkükdəki bir ABŞ bazası (payqahı) iraqlılara təhvil verilib.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Kərkükdə yerləşən ABŞ qüvvələri Havicə bölgəsindəki Baqqara bazasını iraqlı qüvvələrə təhvil veriblər.

 

Çox sayda Kərkük rəsmisinin də iştirak etdiyi təhvil-təslim törəni İraq və ABŞ milli marşlarının oxunmasıyla başlayıb.

 

Baqqara hərbi bazasındakı ABŞ hərbçilərindən  Andro Olark bu addımın İraq və ABŞ münasibətlərinə irəliləyiş qazandıracağını bildirib.

 

Kərkük vilayət məclisinin türkmən sədri Həsən Turan və vali yardımçısı Rakan Sait də təhvil-təslim törənində iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar