SON XƏBƏRLƏR

İtaliyanın xarici işlər nazirindən şok xəbər: «Qəddafinin sonuna saatlar qalıb»

2021.10.20, 07:36
İtaliyanın xarici işlər nazirindən şok xəbər: «Qəddafinin sonuna saatlar qalıb»

Gunaz.tv

GünAz TV: Liviyada (Libidə) Muammar Qəddafi rejiminin devrilməsinə saatlar qalıb. Belə bir açıqlama ilə dünən İtaliyanın xarici işlər naziri Franko Frattini çıxış edib.

GünAz TV mətbuat mərkəzinin “Bizim yol”-a istinadən yaydığı məlumata görə, Liviyanın baş naziri Bağdadi əl-Mahmudinin Tripolidə (Trablosda) BMT (Birləşmiş Millətlər Təşkilatı) nümayəndəsi ilə görüşünün ardından bəlli olub ki, Muammar Qəddafi rejimi NATO bombardmanlarının dayandırılması müqabilində sülhə hazırdır.

F.Frattininin sözlərinə görə, Liviya hökuməti yaranmış vəziyyətdən sərfəli çıxış yolları axtarmaqdadır. Həmçinin istefadan sonra Qəddafinin mühacirət edə biləcəyi bir yer də axtarılır. Nazirin sözlərinə görə, Qərb BMT ilə birlikdə Qəddafi və onun ailəsinin səhnədən getməsi və mili barışıq hökumətinin qurulması üçün siyasi yollar arayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar