SON XƏBƏRLƏR

İran yenədə nala-mıxa vurur

2021.10.20, 07:36
İran yenədə nala-mıxa vurur

Gunaz.tv

GünAz TV: İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb. Bunu İSNA agentliyinə İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib.

Mehmanpərəst jurnalistlərin İranın Ermənistandakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatı ilə bağlı suallarını cavablandırarkən bildirib ki, Tehran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq qanunlar çərçivəsində həllinin və danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Xatırladaq ki, şənbə günü İranın Ermənistandakı səfirliyi bəyanatla çıxış edərək "Dağlıq Qarabağ münaqişəsi dialoq, güc tətbiq etməmə və öz müqəddəratını təyinetmə hüququna hörmət əsasında nizamlanmalıdır" demişdi. Ermənistan KİV-in (Kütləvi İnformasiya Vasitələrinin) məlumatına görə, səfirlik bəyanatında suverenlik və ərazi bütövlüyünə hörmət prinsipini (əslini, ilkəsini) sadalamayıb. Mehmanpərəst həmçinin bildirib ki, İran münaqişənin həllində tərəflərə yardım etməyə hazırdır. Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar